Yuxarı
    Bağlamaq

    Buraxılış imtahanları və yekun qiymətləndirmə ilə əlaqədar yeni təqvim planı təsdiqlənib

    Təqvim planını Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təsdiq edib

    Bakı. 21 oktyabr. REPORT.AZ/ 2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar yeni təqvim planı təsdiq edilib.

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a verilən məlumata görə, ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”nı Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təsdiqləyib.

    Təhsil şöbələri və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, bu tədris ilində görüləcək işlərin təqvim planında göstərilən tarixlər üzrə yerinə yetirilməsini, o cümlədən ümumi təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) əsasında birinci mərhələsinin keçirilməsi məqsədilə IX sinif şagirdlərinə aid məlumatların bu ilin noyabrın 1-dən gələn ilin yanvarın 15-nə kimi “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.

    Yeni təqvim planı ilə bu link vastiəsi ilə tanış olmaq mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi