Yuxarı
    Bağlamaq

    Buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi"nin çapına başlanılıb

    İyunun 17-də hərbi liseylər və tədris dili ingilis olan məktəblərin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək© Report

    Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 17-də Bakı və Sumqayıt şəhərləri, Naxçıvan Muxtar Respublikası və Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələri, hərbi liseylər və tədris dili ingilis olan məktəblərin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

    Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, bu gündən buraxılış imtahanında iştirak edəcək şagirdlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb. Şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov səhifənə daxil olaraq özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

    Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı da https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov ünvanından yükləmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi