Bu ilin Günəş tutulmalarının vaxtları açıqlanıb

Bu ilin Günəş tutulmalarının vaxtları açıqlanıb Noyabrın 14-də "Super ay" hadisəsi baş verəcək
Elm və təhsil
9 Yanvar , 2016 15:05
Bu ilin Günəş tutulmalarının vaxtları açıqlanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ 2016-cı ilin Günəş tutulmalarının vaxtları açıqlanıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yer kürəsində martın 8-i, mayın 9-u və sentyabrın 1-də günəş tutulması hadisəsi baş verəcək.

Məlumata görə, martın 8-də və sentyabrın 1-də tam günəş tutulması hadisəsi olacaq, mayın 9-da isə Merkuri planeti Günəş diskinin üstündən keçəcək.

Merkuri günəşin üzərindən günün birinci hissəsi ərzində keçəcəyi bildirilir. Bu hadisəni yer kürəsindən yalnız xüsusi avadanlıqlarla müşahidə etmək mümkün olacaq.  Mayın 9-da olacaq günəş tutulması hadisəsi 7 saat 30 dəqiqə davam edəcək.

Martın 8-9-da baş verəcək Günəş tutulması təbiət hadisəsini insanlar əsasən İndoneziya və Havay adaları ərazisində müşahidə edə biləcəklər. Sentyabrın 1-də olacaq günəş tutulması hadisəsi isə Mərkəzi Afrika və Madaqaskardan tam görünəcək.

2016-cı ildə Yer və Ayın mərkəzləri arasındakı ən az məsafə (357 448 km) noyabrın 14-də olacaq. Bu zaman ay çox böyük və aydın görünəcək. Digər "Super ay" hadisələri sentyabrın 16-sı, oktyabrın 16-sı, dekabrın 14-də baş verəcək, amma bu günlərdə ay yer kürəsinə nisbətən yaxınlaşacaq.

Məlumatda, həmçinin qeyd olunub ki, bu il qanlı ay tutulması hadisəsi gözlənilmir.

Son xəbərlər

Orphus sistemi