Yuxarı
    Bağlamaq

    Bu ilin buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

    İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur
    © Report

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi bu gün cari ilin buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirib.

    DİM-dən "Report"a verilən məlumata görə, buraxılış imtahanları Bakı, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

    İmtahanlarda iştirak etmək üçün IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 223, II mərhələsi üzrə 365, XI sinif üzrə isə 319 şagird sənəd verib.

    İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılıb.

    Sentyabrın 17-dən etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi