Bu ildən SAT imtahanında yeni qiymətləndirmə sktrukturu və bal şkalası tətbiq olunacaq

Bu ildən SAT imtahanında yeni qiymətləndirmə sktrukturu və bal şkalası tətbiq olunacaq Yenilik mart ayından sonra tətbiq ediləcək
Elm və təhsil
14 Yanvar , 2016 11:59
Bu ildən SAT imtahanında yeni qiymətləndirmə sktrukturu və bal şkalası tətbiq olunacaq

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu ilin mart ayından sonra SAT imtahanının yeni qiymətləndirmə sktrukturu və bal şkalası tətbiq olunmağa başlayacaq. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Məlumata görə, mart ayından əvvəlki imtahanlarda maksimum bal 2 400 olduğu halda, yeni tətbiq olunacaq qiymətləndirmə mexanizminə görə maksimum bal 1 600 olacaq.

Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.

Son xəbərlər

Orphus sistemi