​Bu ildən 11 ölkədə "Azərbaycan multikulturalizmi" fənni tədris olunacaq

​Bu ildən 11 ölkədə "Azərbaycan multikulturalizmi" fənni tədris olunacaq Onların sırasında Türkiyə, İtaliya və Portuqaliya kimi dövlətlərin adı var
Elm və təhsil
23 Sentyabr , 2015 03:53
​Bu ildən 11 ölkədə Azərbaycan multikulturalizmi fənni tədris olunacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ 2015-2016-cı tədris ilindən 11 ölkənin nüfuzlu universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədris olunması ilə bağlı razılıq əldə olunub.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, bu istiqamətdə danışıqlar davam etdirilir. Razılıq əldə olunan ölkələr arasında Türkiyə, İtaliya, İsveçrə, Portuqaliya, Ukrayna kimi ölkələr var. Keçən tədris ilində adı keçən fənnin tədris olunduğu universitetlərin sayı 7 olub. Mərkəzdən o da bildirilib ki, "Azərbaycan multikulturalizmi" fənnini tədris edən müəllimlərə mərkəz tərəfindən treninq keçirilir. Daha sonra sertifikat alan müəllimlər fənni tədris etmək üçün xarici ölkələrə göndərilir. Bu günə kimi mərkəz tərəfindən 5 treninq keçirilib. Ötən tədris ilində 5 müəllim Azərbaycandan göndərildiyi halda, ikisi xarici ölkələrin yerli müəllimlərindən seçilib.

Son xəbərlər

Orphus sistemi