Bakı. 5 mart. REPORT.AZ/ Bu il üçün Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı təsdiqlənib. "Report"un məlumatına görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrə əsasən, ali təhsil müəssisələrinin rəhbərləri 2016-cı ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etməli, eləcə də nəticələr barədə (hər bir konfrans keçirildikdən 3 gün sonra) Təhsil Nazirliyinə hesabat təqdim etməlidir.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.
Təkliflərin siyahısı ilə