Bu il üçün sonuncu Günəş tutulması olub

Bu il üçün sonuncu Günəş tutulması olub Maksimum tutulma Bakı vaxtı ilə 11:55-da baş verib
Elm və təhsil
15 Sentyabr , 2015 11:51
Bu il üçün sonuncu Günəş tutulması olub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu il üçün sonuncu Günəş tutulması olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev "Report"a açıqlamasında deyib ki, sentyabrın 13-də qismən Günəş tutulması baş verib.

"Günəş tutulması zamanı Ay Yerlə Günəş arasından keçir və nəticədə Yerdəki müşahidəçi üçün Günəş tam və ya qismən olaraq görünmür. Günəş tutulması Yerin cənub qütbünə və yaxın ərazilərdə baş verib. Bu zaman Ayın kölgəsinin mərkəzi digər geniş ərazilərə düşməyib. Bu tutulma Bakı vaxtı ilə 09:40-da başlayıb və 14:05-də başa çatıb. Saros Tsiklinin 125-cisi olan 13 sentyabr Günəş tutulmasının maqnitudu 0.788 (maximum 1-ə bərabər olur) olub və maksimum tutulma Bakı vaxtı ilə 11:55:19-da baş verib", - E.Babayev bildirib.

Tutulmanın Azərbaycandan müşahidə edilmədiyini deyən direktor müavini əlavə edib ki, bunu Antarktikada (maksimum), həmçinin Afrikanın cənub hissələrində və Hind Okeanı ərazilərində müşahidə etmək mümkün olub (əlverişli hava şəraiti və müvafiq ekspedisiya olduqda): "Bu, adi Günəş tutulmalarından biri olub. Çünki bu həm elmi baxımdan bir az maraqsızdır (qismən tutulma olduğu üçün), həm də müşahidə etmək üçün əsas etibarilə əlverişsiz yerlərə (okean, buzlu qitə və s.) düşür. Heç də hamı onu müşahidə edə bilməyib".

Son xəbərlər

Orphus sistemi