Bu il üçün sonuncu Ay tutulması olub

Bu il üçün sonuncu Ay tutulması olub Hadisə ümumilikdə 3 saat 20 dəqiqə davam edib
Elm və təhsil
28 Sentyabr , 2015 10:06
Bu il üçün sonuncu Ay tutulması olub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Yer sakinləri bu il üçün sonuncu Ay tutulmasını müşahidə ediblər. "Report" xəbər verir ki, tutulma bu gecə Qrinviç vaxtı ilə 1:07-də başlayıb, 4:27-də başa çatıb.

Göy hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerikanın bəzi bölgələrində müşahidə edilib. Hadisə ümumilikdə 3 saat 20 dəqiqə davam edib. Ayın tam fazası isə 1 saat 12 dəqiqə davam edib.

Xatırladaq ki, baş verən təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsində sonuncudur. Sonuncu tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə "qanlı Ay" kimi tanınır.

Qeyd edək ki, kosmik hadisə bu il üzrə Ayın Yer kürəsinə ən yaxın - 356 896 kilometr məsafədə yaxınlaşmasıyla, yəni bədirlənmiş Ayla üst-üstə düşməsidir. Həmin gün Ay səmada tam görünməklə yanaşı, Yer kürəsinə bir qədər də yaxınlaşıb və nəticədə onun üzərinə planetimizin kölgəsi düşüb. Bu zaman Günəş şüaları Yerin atmosferinə keçərək göy və bənövşəyi rəngləri aradan götürüb və bu zaman Ay bütünlüklə qırmızı rəngə boyanıb. 

Son xəbərlər

Orphus sistemi