Bu il üçün ali məktəblərə qəbul imtahanlarının minimal bal həddi müəyyənləşdirilib

Bu il üçün ali məktəblərə qəbul imtahanlarının minimal bal həddi müəyyənləşdirilib Məleykə Abbaszadə: "Dövlət sifarişli yerlərə isə keçid balı 300-350 baldan yuxarı ola bilər"
Elm və təhsil
17 May , 2016 14:42
Bu il üçün ali məktəblərə qəbul imtahanlarının minimal bal həddi müəyyənləşdirilib

Bakı. 17 may. REPORT.AZ/  "Azərbaycanda 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək üçün minimal bal həddi 200 nəzərdə tutulub".

"Report"un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədrin sözlərinə görə, qeyd olunan keçid balı müsabiqədə iştirak etmək üçündür: "Bəzi ixtisasların keçid balı daha yüksək olacaq. Dövlət sifarişli yerlərə isə keçid balı 300-350 baldan yuxarı ola bilər, bu təbiidir".

Son xəbərlər

Orphus sistemi