Bu il Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub

Bu il Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub Tarix İnstitutunun illik hesabatı təqdim olunub
Elm və təhsil
10 Dekabr , 2016 06:58
Bu il Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub

Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabrın 9-da AMEA-nın Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Tarix İnstitutunun illik hesabatı təqdim olunub.

İnstitutdan "Report"a verilən məlumata görə, toplantıda çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, institutun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir:

“Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin çağırışları və tapşırıqları əsasında həyata keçirilir”.

İclasda bildirilib ki, 2016-cı ildə Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub.

Qeyd edək ki, bu il “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan tor-paqlarına köçürülməsi” (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (ispan və rus dillərində), “Azərbaycan Respublikasının tarixi” ikicildliyi, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”, 4 adda İrəvan xanlığının tarixinə dair broşürlər - “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “Çuxursəd hakimləri və İrəvan xanları” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar nəşr olunub.

Tarixçi-alim Yaqub Mahmudov qeyd edib ki, bu il Tarix İnstitutu “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində orta məktəblərdə Şah Təhmasib Səfəviyə, Tomirisə, I Şah Abbasa, Həsən Padşaha və Hacı Çələbi xana həsr olunmuş elmi-praktik konfranslar keçirməyi davam etdirib.

Qeyd olunub ki, “Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans, Şamaxıda “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” adlı III Beynəlxalq elmi konfrans, “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı, görkəmli səfəvişünas alim Oqtay Əfəndiyevin anadan ol¬ma¬sının 90 illiyinə həsr olunmuş elmi sessiya və digər tədbirlər keçirilib.

Çıxış edən tarixçi-alimlər Nərgiz Axundova, İradə Bağırova, Tofiq Mustafazadə, Həsən Əlibəyli, Cəbi Bəhramov, Qasım Hacıyev və başqaları Tarix İnstitutunun 2016-cı ildə gördüyü işləri yüksək qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi