​Naxçıvanda bu il ali məktəblərə sənəd verənlərin sayı artıb

​Naxçıvanda bu il ali məktəblərə sənəd verənlərin sayı artıb Muxtar respublikada orta ixtisas məktəblərinə qəbul üçün sənəd verənlərin də sayında artım var
Elm və təhsil
10 İyun , 2016 20:24
​Naxçıvanda bu il ali məktəblərə sənəd verənlərin sayı artıb

Bakı. 10 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında bu il məktəbi bitirən 3138 məzundan 2469-u ali məktəblərə qəbul üçün sənəd verib. Bu da məktəbi bitirənlərin 78,7 faizini təşkil edir.

"Report" xəbər verir ki, bu məlumatı muxtar respublikaının Təhsil Nazirliyi açıqlayıb.

Bildirilib ki, məzunlardan 1225-i, yaxud 49,6 faizi oğlan, 1244-ü, yaxud 50,4 faizi qızdır. Heydər Əliyev adına Hərbi Liseyin 205 məzunu ilə birlikdə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2674 nəfər təşkil edib. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 80 faizi deməkdir. Birinci ixtisas qrupu üzrə 354 oğlan, 423 qız olmaqla, 777 nəfər, ikinci ixtisas qrupu üzrə 528 oğlan, 97 qız olmaqla, 625 nəfər, üçüncü ixtisas qrupu üzrə 189 oğlan, 504 qız olmaqla, 693 nəfər, dördüncü ixtisas qrupu üzrə 57 oğlan, 146 qız olmaqla, 203 nəfər, beşinci ixtisas qrupu üzrə 97 oğlan, 74 qız olmaqla, 171 nəfər sənəd verib.

Bu il muxtar respublikada orta ixtisas məktəblərinə qəbul üçün sənəd verən məzunların da sayı artıb. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərindən ümumi orta təhsil bazasından 855, tam orta təhsil bazası üzrə isə 464 olmaqla, 1319 məzun orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib. Həmin məzunların orta ixtisas məktəblərinə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 952, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 474 şagird sənəd verib. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə 191 məzun sənəd verib. 

Son xəbərlər

Orphus sistemi