Bu il Milli Məclisdə “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanacaq

Bu il Milli Məclisdə “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanacaq Komitə sədri: “Ölkədə peşə təhsili sahəsi üzrə indiyədək qanun olmayıb”
Elm və təhsil
25 Yanvar , 2017 13:05
Bu il Milli Məclisdə “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Milli Məclisin yaz sessiyasında “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanacaq.

“Report”un xəbərinə görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, bu layihənin yaradılması istiqamətində işlərə başlanılıb.

İ.Həbibəyli qeyd edib ki, hazırda Azərbaycanda ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirilir: “Ölkədə peşə təhsili sahəsi üzrə indiyədək qanun olmayıb”.

Komitə sədri deyib ki, bir çox ölkələrdə peşə təhsili dövlət, özəl və bələdiyyə mülkiyyəti formasında inkişaf edir: “Azərbaycan üçün də bu variant məqbul hesab oluna bilər”.

Son xəbərlər

Orphus sistemi