​Bu il Mərkəzi Elmi Kitabxana oxucuların xidmətinə açılacaq

​Bu il Mərkəzi Elmi Kitabxana oxucuların xidmətinə açılacaq İsveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili AMEA kitabxanasında olub
Elm və təhsil
30 Aprel , 2015 19:39
​Bu il Mərkəzi Elmi Kitabxana oxucuların xidmətinə açılacaq

Bakı. 30 aprel. REPORT.AZ/ İsveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

MEK-dən "Report"a verilən məlumata görə, görüşdə kitabxananın direktoru Leyla İmanova rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonağa məlumat verib. L.İmanova kitabxanaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı prioritetlərdən də söhbət açıb.

T.Danestad gələcəkdə hər iki ölkənin kitabxanaları arasında səfirliklər vasitəsi ilə əməkdaşlıq əlaqələrini qurmaq təşəbbüsünü yüksək dəyərləndirib. Növbəti görüşlərdə MEK-də İsveç elm və ədəbiyyatının virtual sərgisinin təşkili və bu mövzuda mühazirələrin həyata keçirilməsinin mümkün olacağını bildirib. Diplomat İsveçdə Azərbaycan ilə bağlı məlumatların az olduğunu, gələcəkdə yaradılacaq əməkdaşlığın məlumat qıtlığını aradan qaldıracağına inandığını bildirib, bu məqsədlə səfərlərin təşkilini məqsədəuyğun hesab edib.

Azərbaycanlılar haqqında yüksək fikirdə olduğunu bildirən T.Danestad xalqımızın qonaqpərvərliyindən və sülhsevərliyindən danışıb. Səfirliyin nümayəndəsi Nobel qardaşlarının Bakıya gələn ilk xarici neft sənayeçiləri arasında olmasından qürurlandığını ifadə edib.

L.İmanova bu il MEK-in oxucular üçün xidmətə başlayacağını diqqətə çatdırıb.

Sonra T.Danestad kitabxanada fəaliyyət göstərən sərgi və oxu zalları, nadir kitablar və şərq ədəbiyyatı fondlarını ziyarət edib, elmi təşkilatın potensial imkanları ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi