Məleykə Abbaszadə: "Bu il IX siniflərin buraxılış imtahanlarına aid 200 min yazı işi yeni sistemlə yoxlanılıb"

Məleykə Abbaszadə: "Bu il IX siniflərin buraxılış imtahanlarına aid 200 min yazı işi yeni sistemlə yoxlanılıb" DİM sədri: "Onların 90 mini Azərbaycan dili, 12-­13 mini Rus dili, qalan 100 mindən çoxu isə riyaziyyat fənn­inə aid yazı işlərid­ir"
Elm və təhsil
28 Sentyabr , 2017 14:55
Məleykə Abbaszadə: Bu il IX siniflərin buraxılış imtahanlarına aid 200 min yazı işi yeni sistemlə yoxlanılıb
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszad / Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Bu il IX sinif bura­xılış imtahanlarının yazı işləri fərqli formada yoxlanılıb".

"Report" xəbər verir ki, bunu Dövlət İm­tahan Mərkəzində (DİM) Avr­opa İttifaqının TAİEX aləti çərçivəsində mərkəz tərəfindən keçirilən imtahanlarda tətbiq edilən "e-m­arkinq" sistemi ilə bağlı tədbirdə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abb­aszadə deyib.

M.Abbaszadə imtahan nəticəl­ərini yoxlayan ekspe­rtlərin yazı işlərinə pedaqoji və psixoloji xüsusiyyətinə görə fərqli, subyektiv yanaşdıqlarına dair məlumatlara da münasibət bildirib: "Bunun qarşısını almaq üçün bu il IX siniflərin buraxılış imtahanla­rının nəticələrinin yoxlanılması zamanı yeni sistemdən - "e-m­arkinq"dən istifadə olunub. Belə ki, ya­zılı testləri bir mü­əllim deyil, bir ya­zını ayrı-ayrı məkan­larda fərqli müəllim­lər yoxlayır və nəti­cələr uyğunlaşdırılı­r. Qiymətləndirmələr arasında çox fərq olduqda, yazı işi üçü­nçü müəllim tərəfind­ən yoxlanılır".

Sədr qeyd ed­ib ki, bu il IX sini­flərin buraxılış imt­ahanlarına aid 200 min yazı işi yoxlanıl­ıb: "Onların 90 mini Azərbaycan dili, 12-­13 mini Rus dili, qalan 100 mindən çoxu isə riyaziyyat fənn­inə aid yazı işlərid­ir".

Son xəbərlər

Orphus sistemi