Məleykə Abbaszadə: "Bu il dövlət sifarişi üzrə təhsil almaq imkanı əldə edən abituriyentlərin sayı 20 minədək artırılıb"

Məleykə Abbaszadə: "Bu il dövlət sifarişi üzrə təhsil almaq imkanı əldə edən abituriyentlərin sayı 20 minədək artırılıb" Bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq.
Elm və təhsil
4 İyun , 2019 05:05
Məleykə Abbaszadə: Bu il dövlət sifarişi üzrə təhsil almaq imkanı əldə edən abituriyentlərin sayı 20 minədək artırılıb
Report.az

"Bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Hökuməti tənqid etməzdən əvvəl heç olmazsa, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün təsdiq olunmuş dövlət sifarişi üzrə proqnozla tanış olun. Dövlət sifarişi üzrə yerlərin sayı bu il ötən illə müqayisədə 12 mindən 20 minədək artıb. Yəni bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq", - deyə DİM sədri bildirib.

Onun sözlərinə görə, dövlət sifarişi əsasında qəbul aparılan yerlər üzrə müsabiqə şərtləri keçən ilə nisbətən liberallaşdırılıb:

"Bu şərtlər ümumi müsabiqəyə buraxılma şərtlərindən fərqlənmir, keçən ilə nisbətən isə 50-100 bal aşağı salınıb".

Son xəbərlər

Orphus sistemi