Bu il Bakıda qanun pozuntularına görə 32 məktəb direktoru intizam məsuliyyətinə cəlb olunub

Bu il Bakıda qanun pozuntularına görə 32 məktəb direktoru intizam məsuliyyətinə cəlb olunub 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib
Elm və təhsil
17 Noyabr , 2014 15:33
Bu il Bakıda qanun pozuntularına görə 32 məktəb direktoru intizam məsuliyyətinə cəlb olunub
Bakı. 17 noyabr. REPORT.AZ/ "Cari tədris ili üçün təhsil müəssisələri dərsliklərlə tam təmin olunub. 2014/2015-ci tədris ili üçün Bakı şəhərinin ümumtəhsil məktəbləri şagirdlərinə 191 adda 1 876 247 nüsxə dərslik və müəllimlər üçün 74 adda 50 846 metodiki vəsait çap edilib". "Report" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin son bir illik fəaliyyətinə dair hesabatında bildirilib.

X siniflər üzrə 27 adda 105570, XI siniflər üzrə isə 31 adda 319 459 nüsxə dərslik çap edilib. Digər siniflər üzrə də bu proses müəyyən faizlərlə həyata keçirilib və ehtiyacı ödəyəcək sayda dərsliklər məktəblərə paylanılıb.

Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyindəki ümumtəhsil müəssisələrində çalışan 22 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 17 müəllim isə “Tərəqqi” medalı ilə təltif edilib.

Pedaqoji kadrların ixtisaslarının artırılması istiqamətində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda keçən tədris ilində tematik, illik və aylıq ixtisasartırma kurslarında 2792 müəllim təhsil alıb. Bundan başqa, 7352 müəllim kurikulum kurslarına cəlb edilib.

Bununla yanaşı, son 1 il ərzində məktəblərdə daxili nəzarət gücləndirilib. Belə ki, aparılan araşdırmalar nəticəsində aşkar olunan qanun pozuntuları faktları barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi