Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda 2826 məktəbəhazırlıq qrupu yaradılıb

    Nazirlik rəsmisi: Hazırda Bakı üzrə təşkil olunan məktəbəhazırlıq qruplarında təhsil almaq üçün 9209 nəfər qeydiyyatdan keçib

    Bakı. 15 avqust. REPORT.AZ/ "Bu il Bakı üzrə təşkil olunan məktəbəhazırlıq qruplarında təhsil almaq üçün 9209 nəfər qeydiyyatdan keçib".

    “Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov keçirdiyi brifinqdə deyib.

    Onun sözlərinə görə, ötən il ölkə üzrə 2795 məktəbəhazırlıq qrupu yaradılıb: "Keçən il 2011-ci ildə anadan olan uşaqların 55%-i bu təhsilə cəlb olunub. Bu il Bakı da daxil olmaqla 65 rayon üzrə 2826 qrupun yaradılması rəsmiləşdirilib".

    Nazirlik rəsmisi qeyd edib ki, bu il qruplara cəlb olunma faizinin artacağı gözlənilir: "Uşaqların qruplara qəbulu mərhələləli şəkildə həyata keçirilir. Müəllimlərin seçimində IV sinifdə dərs deyən müəllimlərə üstünlük verilir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi