Bu il AMEA-nın magistratura pilləsinə qəbul aparıla bilər

Bu il AMEA-nın magistratura pilləsinə qəbul aparıla bilər "İşlər geciksə, magistraturaya qəbul imtahanı gələn il həyata keçiriləcək
Elm və təhsil
6 Yanvar , 2015 12:30
Bu il AMEA-nın magistratura pilləsinə qəbul aparıla bilər

Bakı. 6 yanvar. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura pilləsinə imtahanların bu il keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat yoxdur. Çünki hazırda bu məsələnin üzərində iş aparılır". "Report" xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Şöbə müdirinin sözlərinə görə, əgər bütün işlər fevralın sonuna kimi yekunlaşsa, bu il AMEA-nın magistratura pilləsinə qəbul aparmaq mümkün olacaq: "Lakin işlər geciksə, magistraturaya qəbul imtahanı gələn il həyata keçiriləcək".

O, həmçinin qeyd edib ki, məsələ ilə bağlı daim informasiya mübadiləsi aparılır: "Akademiya tərəfindən müraciətlər artıq müvafiq icra hakimiyyəti orqanlarına göndərilib. Bu sahədə iş görülür".

Son xəbərlər

Orphus sistemi