Bu günədək 70 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

Bu günədək 70 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib ​Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir
Elm və təhsil
3 Aprel , 2017 14:49
Bu günədək 70 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib
Report.az

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün saat 14:15-ə olan məlumata əsasən ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 14 000 nəfər elektron ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, ərizələrin qəbulu aprelin 4-dək davam edəcək. Qeyd olunan tarixə qədər elektron ərizəsinin təsdiqlənməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

Ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə aprelin 10-dək davam edəcək. Saat 14:15-ə olan məlumata əsasən I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən 56 200 nəfər elektron ərizəsini təsdiq edib. Aprelin 10-dək elektron ərizəsinin təsdiqlənməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

Son xəbərlər

Orphus sistemi