Bu günədək 5212 nəfər magistraturaya qəbul üçün sənəd verib

Bu günədək 5212 nəfər magistraturaya qəbul üçün sənəd verib Bakı. 8 fevral. REPORT.AZ/ 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.
Elm və təhsil
8 Fevral , 2018 14:16
Bu günədək 5212 nəfər magistraturaya qəbul üçün sənəd verib
Report

Bakı. 8 fevral. REPORT.AZ/ 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.

Bu barədə "Report"a DİM-in Mətbuat xidmətindən məlumat verilib.

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2018-ci il fevralın 12-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 12-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

8 fevral saat 14:00-a olan məlumata əsasən Azərbaycan bölməsi üzrə 4657, rus bölməsi üzrə 555, ümumilikdə, 5212 nəfər elektron ərizəsini təsdiq edib.

Son xəbərlər

Orphus sistemi