Bakı. 20 aprel. REPORT.AZ/ 2018-2019-cu tədris ili üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə elektron sistem vasitəsilə şagird qəbulu davam edir.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu günə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 55 minə yaxın sorğu yerləşdirilib. Belə ki, Abşeron rayonu üzrə 5283, Gəncə şəhəri üzrə 3645, Sumqayıt şəhəri üzrə 5032 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır.
Elektron sistem vasitəsi ilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 315 sorğu yerləşdirilib. Onlardan 37 082-si ümumi təhsil məktəblərini, 3 233-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır.
I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin
Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. Bakı şəhəri üzrə isə məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.
Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı sentyabrın 15-dək davam edəcək.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə I sinfə elektron sistem vasitəsi ilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək üçün yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə və Sumqayıt şəhərinin, Abşeron rayonunun hər biri üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya komissiyaları fəaliyyət göstərir.
Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.