Bu gündən V qrupa abituriyentlərin ərizə qəbulu başlayır

Bu gündən V qrupa abituriyentlərin ərizə qəbulu başlayır Ərizələrinin qəbulu mayın 17-dək aparılacaq
Elm və təhsil
3 May , 2016 08:27
Bu gündən V qrupa abituriyentlərin ərizə qəbulu başlayır

Bakı. 3 may. REPORT.AZ/ Bu gündən V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən məlumata görə, ərizələrinin qəbulu mayın 17-dək aparılacaq.

Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

I-IV ixtisas qrupları üzrə elektron ərizələrini təsdiq etdirmiş abituriyentlərin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verməsi üçün yenidən ödəmə kartı əldə etmələrinə ehtiyac yoxdur. Onlar əvvəlki iş nömrəsi və şifrdən istifadə etməklə ərizələrini təsdiq edə bilərlər.

“Abituriyentin elektron ərizəsi” formasını doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər:

- Azərbaycanın ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;

- Azərbaycanın ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü, 2013/2014-cü və 2014/2015-ci tədris illərində bitirən qız abituriyentlər;

- Azərbaycanın ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız abituriyentlər;

- 2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər;

- I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə də ərizə verən abituriyentlər.

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda mayın 3-dən 17-dək təsdiq etdirirlər. SQK-lar hər gün aşağıdakı ünvanlarda (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

- Azərbaycanda təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini aşağıdakı təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:

Bakı Dövlət Universiteti (Bakı ş., Z.Xəlilov küçəsi, 23);

Azərbaycan Texniki Universiteti (Bakı ş., H.Cavid prospekti, 25);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı ş., Ü.Hacıbəyov küçəsi, 34);

Qafqaz Universiteti (Sumqayıt şossesi 16-cı km);

Bakı Biznes Universiteti (Bakı ş., H.Zərdabi küçəsi,88a);

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş., Atatürk prospekti, 262);

Gəncə Dövlət Universiteti (Gəncə ş., H.Əliyev prospekti, 187);

Azərbaycan Texnologiya Universiteti (Gəncə ş., Ş.İ.Xətai prospekti, 103);

TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

Sumqayıt Dövlət Universiteti (Sumqayıt ş., 43-cü məhəllə);

TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

Mingəçevir Dövlət Universiteti (Mingəçevir ş., D.Əliyeva küçəsi, 21);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı (Şəki ş., M.Rəsulzadə prospekti, 305);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı (Qazax ş., H.Əliyev prospekti, 150);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı (Ağcabədi ş., M.Rəsulzadə prospekti, 210);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı (Cəlilabad ş., M.Hüseyn küçəsi, 20);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı (Quba ş., Fətəlixan küçəsi, 4);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı (Şamaxı ş., Şəhriyar qəsəbəsi, Azadlıq küçəsi,1)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı (Zaqatala ş., Q.Kərimov küçəsi, 4).

- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:

TQDK (Bakı ş., M.Müşfiq küç., 1m);

TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

TQDK-nın Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

TQDK-nın Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

TQDK-nın Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

TQDK-nın Ağcabədi Regional Bölməsi (Ağcabədi ş., Faiq Əlizadə küçəsi, 1).

Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialında (Qazax ş., H.Əliyev prospekti, 150) yaradılmış SQK-da təsdiq etdirə bilərlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra V ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 6-dan 19-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək eservices.tqdk.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında (cari ilin məzunları üçün buraxılış) iştirak edirlər və bu imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyənlər qabiliyyət imtahanlarında iştirak edirlər.

Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”ndə və “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri” Abituriyent jurnalının 2-ci sayında çap edilmişdir. Jurnalı elektron qaydada aşağıdakı linkdən əldə etmək mümkündür. (http://eservices.tqdk.gov.az/ejurnal/).

Son xəbərlər

Orphus sistemi