Bu gündən V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb

Bu gündən V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb İxtisas seçimi avqustun 10-dək davam edəcək
Elm və təhsil
5 Avqust , 2017 13:11
Bu gündən V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb
Report/ Firi Salim

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gündən ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən və qabiliyyət imtahanlarından müvəffəq qiymət alan abituriyentlər üçün ixtisas seçimi başlayıb. 

"Report"un məlumatına görə, abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiqləyə bilərlər.

İxtisas seçimi avqustun 10-dək davam edəcək.

Xatırladaq ki, I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Son xəbərlər

Orphus sistemi