Bu gündən müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb - SİYAHI

Bu gündən müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb - SİYAHI Ərizələrin qəbulu iyunun 10-u saat 23:59-da başa çatacaq
Elm və təhsil
1 İyun , 2015 15:02
Bu gündən müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb - SİYAHI

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gündən Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq müsabiqəyə 3 511 vakant yer çıxarılıb. 

Həmin yerlərdən 3 202-i (91%) Azərbaycan bölməsi, 309-u (9%) isə rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13%), ibtidai sinif (440 yer, 13%), biologiya (387 yer, 11%), fizika (359 yer, 10%), coğrafiya (341 yer, 10%) fənləri üzrə elan edilib.

Vakant yerlər daha çox Bakı şəhəri (473 yer, 13%), Cəlilabad rayonu (205 yer, 6%), Lerik rayonu (202 yer, 6%), Laçın rayonu (197 yer, 6%) və Quba rayonunun (184 yer, 5%) ümumi təhsil müəssisələrindədir. 2 400 (68%) vakant yerə həvəsləndirmə tədbirləri tətbiq edilir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər, www.miq.edu.az saytına, eləcə də Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, təlimatlar (elektron ərizənin doldurulması üçün videotəlimat və təlimat, test suallarının cavablandırılması üçün təlimat), müsabiqə materialları (müsahibə proqramı, test nümunələri, simulyativ test) və vakansiyalar ilə tanış ola bilərlər. Namizədlər müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçərək elektron ərizə doldurmalıdırlar.

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbulu iyunun 10-u saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə iyulun 1-dən müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanacaq.

Son xəbərlər

Orphus sistemi