Yuxarı

Bu gündən magistraturaya ixtisas seçimi başlayır

Bu gündən magistraturaya ixtisas seçimi başlayır
Seçimlər iyunun 19-dək internet vasitəsi ilə davam edəcək

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gündən magistratura səviyyəsinə qəbul imtahanlarının müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçimini yerinə yetirə bilərlər.

“Report”un məlumatına görə, seçimlər iyunun 19-dək internet vasitəsilə davam edəcək.

Xatırladaq ki, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edərək təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Qeyd edək ki, DİM-in 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 4-də keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrinə görə imtahanda 9 503 bakalavr iştirak edib. 19 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi