Yuxarı

Nazir müavini: "Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır"

Bu gün öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən müəllimlər ça

“Təəssüf ki, bu gün təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar çalışır”.

“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

O xatırladıb ki, 2014-cü ildən müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılır: “Bu qiymətləndirmə ilk dəfə idi keçirilirdi və məqsəd də o idi ki, hazırda təhsil sistemində çalışan işçilərin ixtisas bilikləri və metodikanı bilmə səviyyələri müəyyənləşdirilsin. Qiymətlədirmə nəticəsində məlum oldu ki, bu gün təhsil sahəsində elə insanlar çalışır ki, onlar heç öz ixtisas fənlərini kifayət qədər yaxşı bilmirlər. Bu da təəssüf doğurur. Bu gün də təhsil sistemində çalışanlar arasında öz ixtisas fənlərini yaxşı bilməyən müəllimlər var. Düzdür, onların sayı çox deyil”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi