Bu gün ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır

Bu gün ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir
Elm və təhsil
31 Avqust , 2017 09:37
Bu gün ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır
Report

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın ali məktəblərinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, abituriyentlər avqustun 31-i saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Mərkəzdən bildirilib ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

Son xəbərlər

Orphus sistemi