Yuxarı
    Bağlamaq

    Bu gün ilk sınaq imtahanı keçiriləcək

    İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1 408 nəzarətçi-müəllim ayrılıb

    Bakı. 1 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi bu gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

    "Report"un məlumatına görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə, 49 binada təşkil olunacaq.

    İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23 579 abituriyent qeydiyyatdan keçib.

    Sınaq imtahanı bir növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

    İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1 408 nəzarətçi-müəllim ayrılıb.

    Abituriyentlərin nəzərinə çatdırılır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi