Bakı. 17 may. REPORT.AZ/
"Report" xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 30 binada aparılacaq.
İmtahan eyni vaxtda – saat 11:00-da başlanacaq, 3 saat davam edəcək və başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq.
Həmin gün "Space" telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Məlumat üçün bildirək ki, imtahanda 16 min 70 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7 min 651 abituriyent II qrup üzrə, 8 min 419 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 15 min 84 nəfəri (II qrup üzrə 7 min 142 nəfər, III qrup üzrə 7 min 942 nəfər) Azərbaycan bölməsinin, 986 nəfəri (II qrup üzrə 509 nəfər, III qrup üzrə 477 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 6 min 728 nəfəri (II qrup üzrə 4 min 602 nəfər, III qrup üzrə 2 min 126 nəfər) oğlanlar, 9 min 342 nəfəri (II qrup üzrə 3 min 49 nəfər, III qrup üzrə 6 min 293 nəfər) isə qızlardır. 13 min 336 nəfər orta ümumtəhsil məktəblərinin, 236 nəfər ali təhsil müəssisələrinin, 2 min 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 47 abituriyent xarici ölkələrin vətəndaşıdır.
Ən yaşlı abituriyent 1977-ci ildən, ən gənci isə 1997-cı ildəndir.
Bakı şəhərində 7 min 344, Naxçıvanda 763, Gəncədə 1 min 837, Sumqayıtda 876, Mingəçevirdə 681, Şəkidə 802, Ağcabədidə 725, Göyçayda 657, Şirvanda 541, Lənkəranda 1 004, Xaçmazda isə 840 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunmasına 117 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1366 nəzarətçi-müəllim cəlb olunacaq.