Bu gün dərs ilinin birinci yarımili başa çatır

Bu gün dərs ilinin birinci yarımili başa çatır Dərs ilinin ikinci yarımili fevralın 1-də başlayacaq
Elm və təhsil
26 Yanvar , 2016 13:22
Bu gün dərs ilinin birinci yarımili başa çatır

Bakı. 26 yanvar. REPORT.AZ/ Yanvarın 26-da dərs ilinin birinci yarımili başa çatır. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, sabahdan yanvarın 31-dək ölkənin ümumi təhsil müəssisələrində qış tətili olacaq.

Dərs ilinin ikinci yarımili isə fevralın 1-də başlayacaq.

Qeyd edək ki, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi