Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günüdür Ölkənin orta məktəblərində bütün siniflər üzrə 1 445 049 şagird təhsil alacaq
Elm və təhsil
15 Sentyabr , 2017 00:00
Bu gün Azərbaycanda Bilik Günüdür
Report

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda Bilik Günüdür.

"Report"un məlumatına görə, bu il ölkənin orta məktəblərində bütün siniflər üzrə 1 445 049 şagird təhsil alacaq.

Yeni tədris ilində Bakının ümumi təhsil məktəblərində 395 773 şagird oxuyacaq. Həmçinin, paytaxt məktəblərində I sinifdə 46 000-dən çox uşağın təhsil alacağı gözlənilir. Eyni zamanda, 2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

2017-2018-ci dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey və 306 nömrəli məktəb üçün yeni binalar inşa olunub, 10, 74, 171, 201, 212 nömrəli məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. Daha 9 məktəbdə cari təmir işləri görülüb. Təhsil müəssisələri 2017-2018-ci tədris ili üçün 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla, 40 təhsil müəssisəsi müasir tipli hərbi kabinetlə təmin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi