Yuxarı
    Bağlamaq

    Bu gün Ay Yerə yaxınlaşacaq

    Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması isə 2018-ci il yanvarın 2-də baş verəcək

    Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu gün Ayın Yerə yaxınlaşması hadisəsi qeydə alınacaq.

    "Report" xəbər verir ki, bu təbiət hadisəsi zamanı Ayla Yer arasında məsafə 369 min kilometr olacaq. 

    Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması (“Super Ay”) isə 2018-ci il yanvarın 2-də baş verəcək. Bu zaman Ayla Yer arasında məsafə 356 min 550 kilometr olacaq.

    “Super Ay” hadisələri indiyə qədər bir neçə dəfə baş verib və heç bir təhlükə qeydə alınmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi