Rəsədxana: Bu gecə səmada meteorların işıqlanması müşahidə olunacaq

Rəsədxana: Bu gecə səmada meteorların işıqlanması müşahidə olunacaq Hadisə Yer kürəsinin bütün guşələrindən aydın müşahidə ediləcək
Elm və təhsil
12 Avqust , 2015 11:50
Rəsədxana: Bu gecə səmada meteorların işıqlanması müşahidə olunacaq

Bakı. 12 avqust. REPORT.AZ/ Bu gecə Perseida meteor axını səmanı işıqlandıracaq. Bu barədə "Report"a Şamaхı Astrofizika Rəsədхanasının aparıcı elmi işçisi, astrofizik Ətayi Ədalət bildirib.

O qeyd edib ki, günəşin ətrafından müxtəlif kometlər keçir və qəlpələrini orbitləri boyunca qoyurlar: "Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteor axını atmosferə girərək yanacaq, ətrafa çox kiçik qəlpələr dağılacaq. Bu qəlpələrin heç bir qorxusu yoxdur, təhlükəli deyillər. Onlar yer atmosferinə girib yananda o əraziyə müəyyən dərəcədə azot gübrəsi tökülür. Əslində, bu mineral azot gübrələrinin yerə xeyri var".

Astrofizikin sözlərinə görə, Ayın işığı meteorların işıqlanmasını müşahidə etməyə mane olmayacaq: "Bu meteor axınının müşahidəsi üçün heç bir optik cihaz lazım olmayacaq. Kosmik hadisə səmada bir saat ərzində təxminən 100 sayda "düşən ulduz" kimi təzahür edəcək və Yer kürəsinin bütün guşələrindən aydın müşahidə ediləcək".

Ə.Ətayi qeyd edib ki, Bakı vaxtı ilə saat 24:00-dək bu işıqlanma səmada az görünsə də, sonra sıxlıq artacaq və maraqlı bir peyzaj alınacaq: "Qəlpələr atmosferə girərkən əvvəlcə nazik, sonra isə parlaq şəkildə yanaraq yoxa çıxacaq".

Son xəbərlər

Orphus sistemi