Yuxarı

​BSU Rusiyanın Samara Humanitar Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Müqavilə təhsil prosesinin modernləşməsi və elmi-tədqiqat fəaliyyətinin inkişfına yönələn müxtəlif istiqamətli işləri əhatə edir

Bakı. 10 may. REPORT.AZ/ Rusiyanın Samara Humanitar Akademiyası (SHA) və Bakı Slavyan Universiteti (BSU) arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə "Report"a BSU-nun mətbuat xidmətindən bildirilib.

Müqavilə təhsil prosesinin modernləşməsi və elmi-tədqiqat fəaliyyətinin inkişfına yönələn müxtəlif istiqamətli işləri əhatə edir. Həmin işlər sırasında xüsusilə psixologiya sahəsində olan yeniliklərlə mübadilə və BSU-nun Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən Psixoloji xidmət mərkəzinin işinin genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, müqavilədə iki təhsil müəssiəsi arasında birgə elmi araşdırılmaların aparılması, elmi tədbirlərin – konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin olunmasıyer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi