​BSU Rusiyanın Samara Humanitar Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb

​BSU Rusiyanın Samara Humanitar Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb Müqavilə təhsil prosesinin modernləşməsi və elmi-tədqiqat fəaliyyətinin inkişfına yönələn müxtəlif istiqamətli işləri əhatə edir
Elm və təhsil
10 May , 2016 19:54
​BSU Rusiyanın Samara Humanitar Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı. 10 may. REPORT.AZ/ Rusiyanın Samara Humanitar Akademiyası (SHA) və Bakı Slavyan Universiteti (BSU) arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə "Report"a BSU-nun mətbuat xidmətindən bildirilib.

Müqavilə təhsil prosesinin modernləşməsi və elmi-tədqiqat fəaliyyətinin inkişfına yönələn müxtəlif istiqamətli işləri əhatə edir. Həmin işlər sırasında xüsusilə psixologiya sahəsində olan yeniliklərlə mübadilə və BSU-nun Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən Psixoloji xidmət mərkəzinin işinin genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, müqavilədə iki təhsil müəssiəsi arasında birgə elmi araşdırılmaların aparılması, elmi tədbirlərin – konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin olunmasıyer alıb.

Son xəbərlər

Orphus sistemi