​BSU rektoru valideynlər və ictimaiyyət nümayəndələri ilə görüşüb

​BSU rektoru valideynlər və ictimaiyyət nümayəndələri ilə görüşüb Asif Hacıyev onları ali təhsil müəssisəsinin həyatında hərtərəfli iştiraka dəvət edib
Elm və təhsil
11 Fevral , 2016 21:30
​BSU rektoru valideynlər və ictimaiyyət nümayəndələri ilə görüşüb

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universitetinin (BSU) rektoru profesor Asif Hacıyev ali təhsil müəssisəsində müxtəlif fakültələr üzrə təhsil alan tələbələrin valideynləri ilə görüşüb.

Bu barədə "Report"a BSU-nun mətbuat xidmətindən bildirilib.

Rektor valideynlərə universitetdə tədris prosesi, Bolonya sistemi və təhsil sahəsində görülən digər işlər barədə məlumat verib.

Bakı Slavyan Universitetində həyata keçirilən yeni islahatlarla bağlı professor Asif Hacıyev bilidirib ki, islahatlarda əsas məqsəd kafedraların və fakültələrin elmi-metodik potensialını artırmaq, fəaliyyətini Bolonya prosesinə daha da uyğunlaşdırmaq, tələbələrin mobilliyini artırmaq, digər ixtisaslardan əlavə fənlər götürmələrinə, eyni zamanda iki diplom almalarına daha geniş şərait yaratmaqdır. Rektor valideynləri və ictimaiyyətin nümayəndələrini universitetin həyatında hərtərəfli iştiraka dəvət edib.

Görüş çərçivəsində valideynlərin fikirləri dinlənilib, irəli sürülən təkliflər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi