BSU 2015-ci il üçün doktoranturaya fəlsəfə və elmlər doktoru proqramı üzrə qəbul elan edib

BSU 2015-ci il üçün doktoranturaya fəlsəfə və elmlər doktoru proqramı üzrə qəbul elan edib Sənədlər oktyabrın 7-dən noyabrın 6-dək qəbul ediləcək
Elm və təhsil
7 Oktyabr , 2015 14:10
BSU 2015-ci il üçün doktoranturaya fəlsəfə və elmlər doktoru proqramı üzrə qəbul elan edib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Slavyan Universiteti (BSU) 2015-ci il üçün doktoranturaya fəlsəfə və elmlər doktoru proqramı üzrə qəbul elan edib. "Report" xəbər verir ki, doktoranturaya fəlsəfə doktoru üzrə 10, elmlər doktoru üzrə isə 5 plan yeri ayrılıb.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün tələb olunan sənədlər sırasına ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına), kadrların şəxsi-qeydiyyat vərəqəsi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti, (qiymət cədvəlindən çıxarış) surəti, (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə), çap olunmuş elmi işlərin siyahısı (elmi katib tərəfindən təsdiq edilmiş) və ya seçilmiş ixtisas üzrə referat, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış və şəxsiyyəti təsdiq edən sənədin surəti daxildir.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına), kadrların şəxsi-qeydiyyat vərəqəsi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı, "Fəlsəfə doktoru" və ya "Elmlər namizədi" elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surəti gətirilməlidir.

Fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktoranturaya sənədlərin qəbulu oktyabrın 7-dən noyabrın 6-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi