Yuxarı
    Bağlamaq

    BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 20 124 şagird bitirəcək

    İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 165 müəllim fəaliyyət göstərir

    Bakı. 12 iyun. REPORT.AZ/ 2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək.

    İdarədən "Report"a verilən məlumata görə, paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.

    Cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 387 373, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 327, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2 603 şagird olmaqla, ümumilikdə 392 303 şagird təhsil alıb.

    2016-2017-ci tədris ilində məktəbəhazırlıq qruplarını 261 ümumi təhsil məktəbində 839 qrupda 23 130 uşaq bitirib. Növbəti ildən isə 25 000-dən artıq uşağın məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur.

    I sinfə şagird qəbulu ilə bağlı hazırda elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib ki, onlardan 40 805-i ümumi təhsil məktəblərinə, 3 359 nəfəri isə lisey və gimnaziyalara sorğu yerləşdirib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.

    Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 165 müəllim fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi