BŞTİ direktorun döyülməsi barədə açıqlama verib: Məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq

BŞTİ direktorun döyülməsi barədə açıqlama verib: Məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır.
Elm və təhsil
21 Noyabr , 2018 13:17
BŞTİ direktorun döyülməsi barədə açıqlama verib: Məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq
0 : 00
0 : 00

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır.

BŞTİ-dən “Report”a bildirilib ki, bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır: “Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır. Noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkilib, səhhəti ilə maraqlanılıb.

Tural Mirzəliyevə şəfa diləyir və hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırması aparılan məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq”.

Son xəbərlər

Orphus sistemi