British Council-un Avropa üzrə regional direktoru Bakı Ali Neft Məktəbində olub

British Council-un Avropa üzrə regional direktoru Bakı Ali Neft Məktəbində olub Görüşdə British Council-un Azərbaycan üzrə direktoru Elizabet Vayt və digər nümayəndələri iştirak ediblər
Elm və təhsil
27 Aprel , 2015 11:10
British Council-un Avropa üzrə regional direktoru Bakı Ali Neft Məktəbində olub

Bakı. 27 aprel. REPORT.AZ/ British Council-un Avropa üzrə regional direktoru Maykl Börd Bakı Ali Neft Məktəbində (BANM) olub. Bu barədə "Report"a Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. O, ali məktəbin rektoru, İngilis dili və humanitar fənlər mərkəzinin müəllim heyəti ilə görüşüb.  

Görüşdə British Council-un Azərbaycan üzrə direktoru Elizabet Vayt və digər nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində qonaqları salamlayan BANM-ın rektoru Elmar Qasımov, onları ali məktəbdə təkrar görməkdən məmnunluğunu ifadə edib. Rektor BANM və British Council arasında olan əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və bu uğurlu əməkdaşlığın gələcək inkişaf perspektivləri barəsində danışıb.

Maykl Börd British Council və BANM arasında müxtəlif tədris və təhsil layihələri çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib. O, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi