Yuxarı
    Bağlamaq

    BP-Azərbaycanın vitse-prezidenti BANM-də təqdimatla çıxış edib

    Məruzənin sonunda Elxan Məmmədov tələbələrin çoxsaylı suallarına cavab verib

    Bakı. 23 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) BP-nin illik silsilə təqdimatları “BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirdiyi əməliyyatlara ümumi baxış” mövzusunda məruzə ilə başlayıb.

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

    Təqdimatı BANM-ın Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün Azərbaycanda BP şirkətinin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov keçirib.

    O, öz təqdimatında Azərbaycan, Gürcüstan və Türkiyə regionunda BP şirkəti tərəfindən geniş miqyaslı və dünya səviyyəli layihələrin həyata keçirilməsi haqqında ətraflı məlumat verib, son 20 ildə "Azəri", "Çıraq", "Günəşli", "Şahdəniz" yataqlarında neftin və qazın hasilatı və nəqli üzrə həyata keçirilən layihələrin nəticələri haqqında tələbələri ətraflı məlumatlandırıb. 

    Eyni zamanda, Şəfəq-Asiman yataqlarının işlənməsi üzrə perspektivləri açıqlanıb, TAP və TANAP layihələri çərçivəsində həyata keçirilən tədbirlərin Azərbaycan qazının Avropa bazarına çıxarılmasında rolundan danışılıb.

    Məruzənin sonunda Elxan Məmmədov tələbələrin çoxsaylı suallarına cavab verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi