BP-nin vitse-prezidenti BANM-də təqdimatla çıxış edib

BP-nin vitse-prezidenti BANM-də təqdimatla çıxış edib Robert Vot belə xətaların baş verməməsi üçün mühəndislərin üzərinə düşən vəzifə və öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb
Elm və təhsil
10 Fevral , 2016 10:38
BP-nin vitse-prezidenti BANM-də təqdimatla çıxış edib

Bakı. 10 fevral. REPORT.AZ/ BP şirkətinin Əməyin təhlükəsizliyi və əməliyyat riskləri Departamenti üzrə vitse-prezidenti Robert Vot Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün təhlükəsizlik və əməliyyat riskləri mövzusunda təqdimatla çıxış edib.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov bildirib ki, rəhbərlik etdiyi ali məktəb beynəlxalq neft-qaz şirkətləri ilə əlaqələrə böyük önəm verir. O, BANM-nin BP şirkəti ilə əməkdaşlığından danışıb: "Ali məktəbin tələbələri BP-də mütəmadi olaraq təcrübə keçir və gələcəkdə öz karyeralarını digər beynəlxalq şirkətlərlə yanaşı, BP-də qura bilmə imkanları var". 

O, müxtəlif beynəlxalq şirkətlərin, o cümlədən BP-nin mütəxəssislərinin BANM-də keçirdiyi belə təqdimatların tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.

BP şirkətinin Əməyin təhlükəsizliyi və əməliyyat riskləri Departamenti üzrə vitse-prezidenti Robert Vot təqdimatda neft və qaz sənayesi tarixində baş vermiş böyük qəzalar barədə danışıb. O, qəzaların baş vermə səbəbləri və həmçinin, bu tip qəzaların baş verməməsi üçün BP-nin yerinə yetirdiyi təhlükəsizlik tədbirlərindən söz açıb.

R.Vot belə xətaların baş verməməsi üçün mühəndislərin üzərinə düşən vəzifə və öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb.

Vitse-prezident sonda tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, təqdimatda BANM-in 150-dən artıq tələbəsi iştirak edib.

Son xəbərlər

Orphus sistemi