Yuxarı

​Bolqarıstanın Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlanılıb

İlk dərs Xocalı faciəsinə həsr edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində adıçəkilən fənnin növbəti dəfə tədrisinə başlanılıb.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib.

"Klassik və müasir fiilologiya" fakültəsində keçirilən fənni sözügedən universitetin Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Shigayeva-Mitreska tədris edir. 2016-cı ilin yaz semestrinin sonunadək tədrisi nəzərdə tutulan "Azərbaycan multikulturalizmi" fənninin ilk dərsi Xocalı faciəsinə həsr edilib, tələbələrə bu soyqırımla bağlı ətraflı məlumat verilib, faciəni əks etdirən film nümayiş etdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi