Bölgələr üzrə 9-cu sinfin buraxılış imtahanlarının I mərhələsinin qrafiki açıqlanıb

Bölgələr üzrə 9-cu sinfin buraxılış imtahanlarının I mərhələsinin qrafiki açıqlanıb Bakı. 26 fevral. REPORT.AZ/ Bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi əvvəlcədən elan olunduğu kimi, 4, 11, 18 mart tarixlərində baş tutacaq. 
Elm və təhsil
26 Fevral , 2018 11:59
Bölgələr üzrə 9-cu sinfin buraxılış imtahanlarının I mərhələsinin qrafiki açıqlanıb
Report

Bakı. 26 fevral. REPORT.AZ/ Bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi əvvəlcədən elan olunduğu kimi, 4, 11, 18 mart tarixlərində baş tutacaq. 

Dövlət İmtahan Mərkəzindən "Report"a veerilən məlumata görə, imtahanlar aşağıdakı qrafikə uyğun keçiriləcək. 

Tarix Şəhər (rayon)
04.03.2018 Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası
11.03.2018 Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran
18.03.2018 Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir,Balakən, Zaqatala,Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik,Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan martın 4‑də, Peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.

Martın 4-də keçiriləcək imtahanda iştirak edən şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.

Son xəbərlər

Orphus sistemi