Yuxarı

BMT Azərbaycanda informal və qeyri-rəsmi təhsilin inkişafını dəstəkləyir

BMT Azərbaycanda informal və qeyri-rəsmi təhsilin inkişafını dəstəkləyir
© Report/ Elchin Murad

Bakı. 31 oktyabr. REPORT.AZ/ "BMT Azərbaycanda peşə təhsilinin inkişafını dəstəkləməkdə davam edir".

“Report” xəbər verir ki, bunu Azərbaycanda informal və qeyri-rəsmi təhsilin inkişafına həsr olunan konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai deyib.

O, insan potensialı nöqteyi-nəzərindən informal və qeyri-rəsmi təhsilin inkişafını dəstəkləməyin BMT üçün prioritet məsələ olduğunu vurğulayıb.

“Layihənin əsas məqsədi işsiz vətəndaşlar üçün peşə məktəbləri açmaqdır. Burada hədəf hər hansı peşəyə yiyələnən, amma müvafiq peşə təhsili almayanlardır. Odur ki, Azərbaycanda ixtisas kurslarının və peşə məktəblərinin açılması belə insanlar üçün əmək bazarına qanuni yol açır. Məqsədimiz gənclər və ümumiyyətlə, əmək bazarına çıxmaq istəyənlər üçün rəsmi təhsilə alternativ yaratmaqdan ibarətdir”, - Q.İsaqzai bildirib.

Rezident əlaqələndirici bu layihənin Azərbaycanda ilk dəfədir həyata keçirildiyini, əhali arasında məşğulluğun artmasına dair qarşıya qoyulan vəzifələrin Azərbaycanın davamlı inkişaf hədəflərinə uyğun gəldiyini diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi