Birinci sinfə qəbul üzrə 37 319-dan çox sorğu yerləşdirilib - VİDEO

Birinci sinfə qəbul üzrə 37 319-dan çox sorğu yerləşdirilib - VİDEO Bakı. 14 mart. REPORT.AZ/ I sinfinə qəbul üçün 37 319 sorğu yerləşdirilib.
Elm və təhsil
14 Mart , 2018 12:38
Birinci sinfə qəbul üzrə 37 319-dan çox sorğu yerləşdirilib - VİDEO

Bakı. 14 mart. REPORT.AZ/ I sinfinə qəbul üçün 37 319 sorğu yerləşdirilib.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Martın 14-nə saat 10:30-a olan məlumata görə, onlardan 34 428-i elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə ümumi təhsil məktəblərini, 2 891-i isə lisey və gimnaziyaları seçib.

Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 75 faizindən çoxdur.

Bu il ilk dəfə olaraq məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 mindən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qrupunda oxuyan uşaq üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməyə ehtiyac yoxdur.

Qeyd edək ki, 2011-ci il mayın 23-də imzalanmış “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Fevralın 22-dən sentyabrın 15-dək olan müddəti əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə videotəlimat da hazırlanıb.

Eyni zamanda vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün fevralın 22-dən martın 2-dək BŞTİ-nin rəsmi “Facebook” səhifəsində I sinfə qəbulla bağlı suallara cavab verilib.

Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılır. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start verilib.

Son xəbərlər

Orphus sistemi