Yuxarı

Nazir müavini: "Bir neçə məktəb direktorunun işi hələ də məhkəmədədir"

"Bir neçə məktəb direktorunun işi məhkəməyə göndərilib"

“Məktəblərdə neqativ hallar hələ də davam edir”. 

“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, əgər bir insan özü qaydaları pozursa, qarşısındakı şəxsdən qaydalara əməl etməyi tələb edə bilməz: “Bəlkə də, bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olması, valideynlərin məktəbdən uzaq, incik düşməsinin əsas səbəblərindən biri bu neqativ halların olmasıdır. Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında da açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan bir neçə məktəb direktoru var”.

M.Vəliyeva qeyd edib ki, dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə büruzə verir: "Bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi