Yuxarı

Mikayıl Cabbarov: "Bir çox hallarda kafedralarda rəhbər vəzifəsi digər ali təhsil müəssisələrindəki həmkarlar tərəfindən tutulur"

Bu kimi halların aradan qaldırılması üçün dəyişiklik mexanizminin hazırlanması mühüm və zəruridir

Bakı. 7 aprel. REPORT.AZ/ "İstedadlı gənclərin, şagirdlərin, tələbələrin, eləcə də gənc tədqiqatçıların elmə cəlb edilməsini dəstləkləyən və müasir günün tələblərinə cavab verən yeni dövlət dəstək mexanizmləri tətbiq olunmalıdır". "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Doktorantların və Gənc tədqiqatçıların XIX Respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir ali təhsil müəssisələrinin rəhbərlərinə səslənərək bildirib ki, universitetlərin daxilində fəaliyyət daha sistemli şəkildə həyata keçirilməlidir: "Bir çox hallarda kafedralarda rəhbər vəzifəsi digər ali təhsil müəssisələrindəki həmkarlar tərəfindən tutulur. Hətta dövlət qulluğunda xidmət edən həmkarlarımız da bu kimi vəzifələrə təyinat alır. Bu kimi halların aradan qaldırılması üçün dəyişiklik mexanizminin hazırlanması mühüm və zəruridir".

M.Cabbarovun sözlərinə görə, bu gün nazirliyin tabeliyində olan 27 ali təhsil və elmi tədqiqat müəssisələrində elmi dərəcələrə malik olan kadr potensialının təxminən 50%-i formalaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi