Yuxarı

Bilik Fondunun rəhbərliyi və əməkdaşları Misir Mədəniyyət Mərkəzində olublar

İki qurum arasında birgə tədbirlərin keçirilməsi müzakirə olunub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Bilik Fondunun rəhbərliyi və əməkdaşları Misir Mədəniyyət Mərkəzində olublar.

Mərkəzdən "Report"a verilən məlumata görə, mərkəzin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun Azərbaycanda fəaliyyətə başladığı dövrdən gördüyü işlər barədə məlumat verərək, iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı rolundan söhbət açıb.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov iki qurum arasında bir sıra tədbirlərin keçirilməsi barədə təkliflər irəli sürüb. Həmin təkliflər arasında elm və mədəniyyət sahəsində mübadilə, o cümlədən, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın vacib olduğu vurğulanıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi